HAQQIMIZDA

AirTransfer – Azərbaycanda etibarlı və güvənilən transfer xidmətlərin təminatçısıdır. Hazırda müştəri bazamızda turizm agentlikləri və fərdi müştərilər daxil olmaqla yüzlərlə şirkət və təşkilatlar təmsil olunmaqdadır.

Xidmətlərimiz, əsasən, Heydər Əliyev Beynəlxalq Aeroportundan (GYD) keyfiyyətli və daha sərfəli transferlərin təşkil edilməsindən ibarətdir.

Bir qayda olaraq, başqa bir şəhərə səyahət etdikdə ilk qarşılaşdığınız şəxs məhz sizə xidmət edən sürücüdür. Bu baxımdan, həmin şəxsin səriştəliliyinə inam vacib məqamlardan biridir ki, bu da, öz növbəsində, bizim keyfiyyət nişanımızdır. Böyük təcrübəyə malik olan peşəkar sürücülərimiz sizə xidmət göstərərək, səfər zamanı diqqətli davranış və komfortlu atmosferi təmin edəcəklər.

AirTransfer xidmətlərindən istifadə etdikdə siz gedəcəyiniz ünvana vaxtında çatacaq, habelə, rahatlığınız və büdcəniz barədə heç bir narahatlıq keçirməyəcəksiniz. Transfer xidməti ilə bərabər AirTransfer saatlıq sifarişlər də yerinə yetirməkdədir ki, bu da Bakı şəhərinin qonaqları üçün ideal bir variantdır.

Avtomaşınlara gəldikdə, bizim əsas prioritetlərimiz – təhlükəsizlik, etibarlılıq və rahatlıqdır. Məhz bu prinsipləri rəhbər tutaraq sərnişin daşınmasında keyfiyyətli sistemi qurmaqda davam edirik.

Avtoparkımız dünya standartlarına cavab verən Biznes, Premium və Minivan kateqoriyalı yeni model avtomobillərdən ibarətdir.

Müştərilərimiz internet səhifəmizdən həm transfer, həm də saatlıq xidmətləri “online” rejimində sifariş etmək imkanından faydalana bilərlər.

Professional Müştəri Xidmətləri komandamız daim əlaqədə olmaqla, günün 24 saatı sifarişçilərə müvafiq dəstəyi göstərməyə hazırdır.

AirTransfer – Məsafələri qısaldan komfort!